Qadını görən Hatice Köse verilişə zəng edib Qadını görən Hatice Köse verilişə zəng edib

Türk olduğunu öyrəndi, bacısını televiziyada tapdı

Qadını görən Hatice Köse verilişə zəng edib

Hollandiyada yaşayan vəkil anasının ölüm döşəyində atasının türk olduğunu öyrənəndən sonra Türkiyəyə gəlib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Hollandiyada yaşayan 55 yaşlı vəkil Monique Vitteman bir neçə il əvvəl ölüm döşəyində olan anasından atasının türk olduğunu öyrənib.

Türk dostlarının vasitəsilə Müge Anlının verilişinə müraciət edən qadın adını belə bilmədiyi atası üçün Anlıdan kömək istəyib.

Televiziyada qadını görən Hatice Köse verilişə zəng edib və atasının Hollandiyaya getdiyini, orada bir qızı olduğunu deyib.

Müge Anlı Hatice Köseni verilişdə iştirak etmək və DNT analizi vermək üçün İstanbula dəvət edib. Analizin nəticəsində hollandiyalı Monique ilə aydınlı Haticenin bacı olduğu məlum olub.

Pərvanə Ağazadə

AzNews.az