Bu günə qədər aparılan bütün sayımların səs çoxluğu ilə ləğvinə qərar verilmişdi Bu günə qədər aparılan bütün sayımların səs çoxluğu ilə ləğvinə qərar verilmişdi

Maltəpədə səslərin sayılmasına yenidən başlandı

Bu günə qədər aparılan bütün sayımların səs çoxluğu ilə ləğvinə qərar verilmişdi

İstanbulun Maltəpə ilçəsində səslərin sayılmasının dayandırılması elanından sonra bu səhər sayma prosesi yenidən başlayıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Maltəpə ilçəsində 1-ci və 2-ci seçki qurumları tərəfindən bu günə qədər aparılan bütün sayımların səs çoxluğu ilə ləğvinə qərar verilmişdi.

Bütün səslərin təxminən 5/6-i ilçə seçki qurumu tərəfindən yenidən sayılacaq.

Qərar AKP, MHP, Səadət Partiyasının üzvləri və daha iki məmur üzvün səsləri ilə verilib.

Pərvanə Ağazadə

AzNews.az