Türkiyənin müdafiə naziri türk jurnalistlərlə görüşüb Türkiyənin müdafiə naziri türk jurnalistlərlə görüşüb

Akardan Vaşinqtonda S-400 və F-35 açıqlaması - "Bir problemimiz var"

Türkiyənin müdafiə naziri türk jurnalistlərlə görüşüb

Türkiyənin müdafiə naziri Hülusi Akar S-400-ün təslimat tarixi ilə bağlı danışıb.

AzNews.az xəbər verir ki, Akar Türkiyə-ABŞ İş Şurası ilə Amerikan-Türk Şurası tərəfindən təşkil olunan illik konfransda iştirak etmək üçün gəldiyi Vaşinqtonda türk jurnalistlərlə görüşüb və gündəmlə bağlı bir neçə sualı cavablandırıb.

Akar Türkiyənin hava və raket təhdidi ilə qarşı-qarşıya olduğunu vurğulayıb:

"Bizim buna qarşı hava və raket müdafiə sistemi istəməyimiz, bunun üçün çalışmağımız çox təbiidir. Bu müstəqillik, təhlükəsizlik və müdafiə məsələsidir. Biz problemə köklənərək işləyirik. Bizim bir problemimiz var. Nədir bu? Türkiyəyə qarşı hava və raket təhdidi. Nə edəcəyik? 82 milyonun müdafiəsini, təhlükəsizliyini təmin edəcəyik. Bunun üçün əlimizdəki imkanlardan istifadə etməyə çalışırıq".

Patriot tədarükü mövzusunda ABŞ-dan edildiyi deyilən təkliflə bağlı suala cavab verən Akar "Raket və hava müdafiə sistemləri ilə bağlı kriteriyalarımız aydındır. Bəzi hallar oldu. İndi ciddi şəkildə işlərimiz davam edir" deyə bildirib.

"S-400 Suriyada yerləşib, amma yaxın məsafədə İsrailin F-35-ləri var. Digər tərəfdən Baltik ölkələrində də buna bənzər hallar var. Biz deyirik ki, gəlin oturaq, texniki cəhətdən lazım olanlar nədirsə müzakirə edək. Biz bunları NATO sistemlərinə inteqrasiya etməyəcəyik. Çox güman S-400-ün vəzifəsi Ankara və İstanbulun müdafiəsi olacaq. F-35-lərin yeri isə Malatyadır. Burada yatırımlar etdik, etməyə də davam edirik. Arada ciddi bir məsafə var. Bunları müzakirə edəcəyik. S-400 hələ gəlmədi, amma gələcək. Gəldiyi zaman nə edəcəyik? Bu Ankara ola bilər, İstanbul ola bilər, bir sənayə bölgəsi ola bilər. Raket və uçaq təhdidinə qarşı haralar həssasdır, bu mövzu üzərində işləyirik". Akar belə deyib.

Akar Türkiyənin yeni raket müdafiə sisteminə ehtiyacı olduğunu qeyd edib.

Ankarada inşa edilməsi planlaşdırılan yeni qərargah layihəsindəki son vəziyyətlə bağlı danışan Akar "Ayyıldız" layihəmiz var. Elə bir bina hazırlamışıq ki, Pentaqona rəqib olacaq. Bununla bağlı cənab prezidentimiz tapşırıqlarını verib. "Davam" təlimatını verdilər. Qarşıdakı günlərdə layihədə işlədiyimiz komandalarla görüşəcəyik və inşallah bunu inkişaf etdirəcəyik" deyə bildirib.

Pərvanə Ağazadə

AzNews.az