Gərginlik dəfn mərasiminin sonunda daha da artıb. Gərginlik dəfn mərasiminin sonunda daha da artıb.

Kılıçdaroğlunu yumruqladılar - Türkiyədə skandal - FOTO - VİDEO

Gərginlik dəfn mərasiminin sonunda daha da artıb.

Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Ankarada hücuma məruz qalıb.
Hadisə Ankaranın Çubuk rayonunda Hakkaridə PKK terrorçuları tərəfindən şəhid edilən hərbçi Yener Kırıkçının dəfni mərasimində baş verib.

Bir qrup CHP liderinə qarşı şüarlar səsləndirib. Gərginlik dəfn mərasiminin sonunda daha da artıb, qrup K. Kılıçdaroğluna hücum çəkib. Mühafizəçilərin səylərinə baxmayaraq, CHP liderinə yumruq zərbələri endirilib. Polisin müşayiəti ilə K. Kılıçdaroğlu yaxınlıqdakı bir evə gətirilib. Qrup evi daş-kəsək atıb.Polis CHP sədrini qəzəbli kütlədən qorumağa çalışır. Evin qarşısına bir zirehli maşın da gətirilib.

Hadisə ilə bağlı Ankara Baş Prokurorluğu cinayət işi açıb, araşdırma aparılır.

Bu barədə Baş Prokuror Yüksəl Kocaman məlumat verib.

O, Anadolu Agentliyinə verdiyi açıqlamada hadisənin terrorla əlaqəli və ya bir provakasiya olub olmadğını hərtərəfli araşdıracaqlarını deyib.

Hadisə ilə bağlı Ankara Valisi Vasip Şahin də açıqlama verib. Onun sözlərinə görə, bütün təhlükəsizlik tədbirləri görülüb və əlavə bir təhlükə yoxdur.

V.Şahin bildirib ki, təxribata əl atan şəxslər haqqında lazımi proseslər başladılıb, məhkəmə və hüquq-mühafizə orqanları gərəkli tədbirləri görəcək.

O, həmçinin Kılıçdaroğlunun səhhətilə bağlı hər hansı bir problem olmadığını da qeyd edib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın da prosesləri yaxından izlədiyi bildirilir. Ərdoğanın Kılıçdaroğlunun hadisə yerindən təhlükəsiz şəkildə ayrılmasının təmin edilməsi üçün səlahiyyətli şəxslərə təlimat verdiyi bildirilir. Qeyd olunur ki, CHP rəsmilərindən hadisələrin anbaan gedişatı barədə məlumatlar alınır.

AKP Ankara millət vəkili Emrullah İşler ilə MHP-nin sədr müavini Mövlud Karakaya da Kılıçdaroğlunun yanında olub.

AzNews.az

image description image description image description image description