Terrorçulardan biri qadındır Terrorçulardan biri qadındır

Türkiyədə 2 terrorçu tutuldu - Parlamentin binasına girmək istəyiblər

Terrorçulardan biri qadındır

Türkiyə Böyük Millət Məclisi (TBMM) əməkdaşını girov götürməyə cəhd edən iki terrorçu təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən həbs olunub.

Rəsmi mənbələrə istinadla xəbər verilir ki, “DHKP-C” terror təşkilatı ilə əlaqəli olduqları bildirilən terrorçulardan biri qadındır.

Onlar mayın 14-də günorta saatları TBMM-in giriş qapısına gələrək millət vəkillərindən biri ilə görüşmək üçün vaxt aldıqlarını bildiriblər.

Təhlükəsizlik yoxlaması zamanı onların üstündən partlayıcı düzəltmək üçün ləvazimat və kəsici alətlər aşkarlanıb.

Terrorçuların parlamentdə çalışan bir əməkdaşı girov götürmək cəhdi baş tutmayıb.

Faktla bağlı terrorçuluğa cəhd ittihamı ilə cinayət işi başlanıb. (Azərtac)