Oyunçuların özəl əşyaları detallı yoxlanılıb Oyunçuların özəl əşyaları detallı yoxlanılıb

"İslandiyaya qarşı sərt addımlar atacağıq" - Çavuşoğludan futbol açıqlaması

Oyunçuların özəl əşyaları detallı yoxlanılıb

“Futbol yığmamızın İslandiyanın hava limanında məruz qaldığı davranış qəbul olunmazdır”.

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib:

“Sərt addımlar atacağımızdan millətimizin şübhəsi olmasın”.

Xatırladaq ki, Türkiyə yığmasının oyunçuları İslandiyanın Keflavik hava limanında ölkəyə giriş zamanı səlahiyyətlilər tərəfindən təxminən 2 saat gözlədilib. Oyunçuların özəl əşyalarının detallı yoxlanıldığı və pasport nəzarətində uzun müddət qaldıqları öyrənilib.

Pərvanə Ağazadə

AzNews.az