Uşaq işlək vəziyyətdə olan traktora minmək istəyib Uşaq işlək vəziyyətdə olan traktora minmək istəyib

8 yaşlı uşaq traktorun altında qalaraq öldü

Uşaq işlək vəziyyətdə olan traktora minmək istəyib

Türkiyənin Van şəhərinin Muradiye bölgəsində babasının traktorunun altında qalan 8 yaşlı B.S həyatını itirib.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə dünən Van şəhərində baş verib.

62 yaşlı baba A.S. traktoru ilə tarlaya gedərkən yolda oynayan 8 yaşındakı nəvəsi B.S. traktora minmək istəyib.

Nəvəsinin traktorun altında qaldığını görən baba təcili yardıma xəbər verib.

Təcili yardım maşını ilə Muradiye Dövlət Xəstəxanasına aparılan B.S-nın həyatını xilas etmək mümkün olmayıb.

Səidə Vahid
AzNews.az