“Pəncə-2” hərbi əməliyyatları terrorçuların gizləndikləri mağara və sığınacaqlar məhv edilənə qədər davam edəcək “Pəncə-2” hərbi əməliyyatları terrorçuların gizləndikləri mağara və sığınacaqlar məhv edilənə qədər davam edəcək

Türkiyə İraqda hərbi əməliyyatlara başladı

“Pəncə-2” hərbi əməliyyatları terrorçuların gizləndikləri mağara və sığınacaqlar məhv edilənə qədər davam edəcək

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında yerləşən terrorçulara qarşı “Pəncə-2” adı altında hərbi əməliyyatlara başlayıb.

Türkiyə mediasına istinadən verilən xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Pəncə-2” hərbi əməliyyatları İraqın şimalında yerləşən Hakurk bölgəsində terrorçuların gizləndikləri mağara və sığınacaqlar məhv edilənə qədər davam edəcək.

Əməliyyatlar helikopterlər, qırıcılar və pilotsuz uçuş aparatlarının iştirakı ilə davam edir. (APA)