Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib

Türkiyədə kütləvi zəhərlənmə - 56 nəfər xəstəxanaya yerləşdirildi

Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib

Türkiyənin Ərzincan şəhərində kütləvi zəhərlənmə baş verib.

Türkiyə KİV-lərinə istinadən verilən məlumata görə, şəhərin mərkəzində təşkil orduya yollanma mərasimlərindən sonra qonaqlar banketə dəvət edilib.

Banket zamanı iştirakçılardan bir neçəsi özünü pis hiss edib. Ümumilikdə xəstəxanaya 21-i uşaq olmaqla 56 nəfər yerləşdirilib.

Bildirilir ki, onlara ilkin tibbi yardım göstərilib və hazırda həkimlərin nəzarəti altındadırlar. (Trend)