Yaxınları xəbəri alan kimi gəldikləri olay yerində psixoloi sarsıntı keçiriblər Yaxınları xəbəri alan kimi gəldikləri olay yerində psixoloi sarsıntı keçiriblər

Su kanalına düşüb öldü - Sentyabrda toyu olacaqdı

Yaxınları xəbəri alan kimi gəldikləri olay yerində psixoloi sarsıntı keçiriblər

Vanın Gürpınar bölgəsində toy hazırlıqları görən 23 yaşlı Rıdvan Tunç tarlasını sulayarkən düşdüyü su kanalında boğulub.

AzNews.az xəbər verir ki, hadisə Yolaşan məhəlləsində baş verib. Günorta saatlarında tarlasını sulayan Rıdvan Tunç tarazlığını itirərək su kanalına düşüb.

Axına düşərək itən Tunçun cəsədi bir müddət sonra ətrafdakılar tərəfindən tapılaraq çıxarılıb.

Tunçun yaxınları xəbəri alan kimi gəldikləri olay yerində psixoloi sarsıntı keçiriblər.

Rıdvan Tunçun keçən fevral ayında Adanada yaşayan Seren Akbulut ilə nişanlandığı, sentyabr ayında da toy edəcəkləri məlum olub.

Səidə Vahid

AzNews.az

image description