Qərb terrorçuların yanında yer aldı - Ərdoğan

Türkiyənin heç kimin torpağında gözü yoxdur

“Biz ayrı-seçkilik etmədən zalıma zalım, terrorçuya terrorçu, haqsızlığa haqsızlıq, zülmə zülm deməyə davam edəcəyik”.

Bunu “TRT World Forum”unda çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur.

“Qərb terrorçuların yanında yer aldı. Bəs siz terrorizmə, terrora qarşı idiniz?”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Sabah Rusiyaya səfər edəcəyini xatırladan Ərdoğan qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə Suriya məsələsini müzakirə edəcəklər. (APA)

AzNews.az