"İran tərəfinin açıqlamaları məni həqiqətən incitdi" "İran tərəfinin açıqlamaları məni həqiqətən incitdi"

Bu cür açıqlamaları dayandırın - Ərdoğandan Ruhaniyə SƏRT XƏBƏRDARLIQ

"İran tərəfinin açıqlamaları məni həqiqətən incitdi"

"Bu gecə saat 22:00-da müddət bitir. ABŞ verdiyi vədlər yerinə yetirməsə, hərəkat davam edəcək".

AzNews.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya səfərindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Ərdoğan, Fransa prezidenti Emmanuel Makronun PKK-ya verilən 120 saatlıq vaxtın uzadılması barədə təklifinə sərt reaksiya verib.

"Bizim bu məsələdə həmsöhbətimiz Fransa yox, ABŞ-dır".

Türkiyə prezidenti "Barış Pınarı" əməliyatı əleyhinə açıqlamalarla çıxış edənlərə də cavab verib.

"Digər ölkələrdən fərqli olaraq biz 8 ildir ki, suriyalı miqrantlara ev sahibliyi edirik. Avropa İttifaqı vədinə əməl etmədi. Biz Suriyanın ərazi bütövlüyünü müdafiə edirik. Mövqeyimiz indiyə qədər necə idisə, bundan sonra da eyni formada davam edəcək. İran tərəfinin açıqlamaları məni həqiqətən incitdi. Rəsmi Tehran nüvə silahı məsələsində bütün dünyaya qarşı İranı necə müdafiə etdiyimizi unudub. Ruhani bu cür açıqlamaları dayandırmalıdır. Biz Soçi razılaşmasındakı üç ölkədən ikisiyik. Bir-birimizə xəyanət etməyimiz doğrudurmu?"

Pərvanə

AzNews.az