“Sabahdan başlayaraq, YPG terrorçuları ərazidən geri çəkiləcək” - Ərdoğan

"Biz sabahdan başlayaraq, layihəmizi həyata keçirəcəyik"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, çərşənbə günündən başlayaraq, Rusiya Federasiyası ilə birgə patrul xidməti haqqında əldə olunmuş razılaşmaya əsasən Suriyadakı bütün YPG silahlıları Türkiyə ilə sərhəddən 30 kilometr zona hüdudlarında çıxarılmalıdır.

Bu barədə Rusiya mətbuatı xəbər verir.

"Biz sabahdan başlayaraq, layihəmizi həyata keçirəcəyik. 150 saat ərzində YPG terrorçuları və ağır silahlar 30 kilometr geri çəkiləcək və ləğv ediləcək. Bizim birgə patrullarımız 10 kilometr dərinlik boyunca xidmət həyata keçirəcək. YPG-nin bütün terrorçuları bu ərazidən çıxarılacaq. Hər iki dövlət terrorçuların əraziyə girməməsi üçün bütün lazımi tədbirləri görəcək və sıx əlaqəli şəkildə işləyəcəklər", - deyə Rəcəb Tayyib Ərdoğan Rusiya Federasiyası prezidenti Vladimir Putinlə danışıqların nəticəsinə əsasən bildirib.

O, həmçinin əlavə edib ki, Türkiyə və Rusiya Federasiyası Suriyada siyasi nizama salmaya nail olmaq üçün səy göstərəcəklər.(report.az)

AzNews.az