Həmin şəxs 27 yaşlı B.M olub Həmin şəxs 27 yaşlı B.M olub

"Twitter"də azyaşlıları yoldan çıxaran şəxs tutuldu

Həmin şəxs 27 yaşlı B.M olub

Türkiyədə sosial media hesabından paylaşım edərək uşaqları aldadıb, istismar etməyə çalışan şəxs polis tərəfindən saxlanılıb.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Samsunun İlkadım bölgəsi, Kışla məhəlləsində baş verib.

Əldə edilən məlumata görə, Samsun Uşaq İstismar Bürosu qrupları araşdırmalardan sonra “Twitter” hesabında uşaqları aldadıb, cinsi əlaqə ilə bağlı mövzuda söhbətlər edən, eləcə də azyaşlıların video və fotolarını paylaşan şəxsin kimliyini müəyyənləşdirib. Həmin şəxs 27 yaşlı B.M olub.

Hazırda B.M saxlanılaraq Samsun polisinə təhvil verilib.

Səidə Vahid

AzNews.az