“Haradasan” sualına doğru cavab almadığı üçün... “Haradasan” sualına doğru cavab almadığı üçün...

Türkiyədə sevgilisi azərbaycanlı həkimi güllələdi: Səbəbi açıqlandı - VİDEO

“Haradasan” sualına doğru cavab almadığı üçün...

Xəbər verdiyimiz kimi, İstanbulun Avcılar ərazisində özəl tibb mərkəzlərindən birinin sahibi olan həkim yanında işləyən və 3 yaşlı uşağının anası olan azərbaycanlı sevgilisini güllələyib.

AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə ki, hadisə qısqanclıq zəminində baş verib.

Belə ki, 66 yaşlı Tosunoğlunun eşq yaşadığı 35 yaşlı Aidə Xasiyevanın maşınına GPS (məkan bildirmə cihazı) qoşduğu, “haradasan” sualına doğru cavab almadığı üçün belindəki tapanca ilə Aidəyə atəş açdığı bildirilir.

Tosunoğlu qadını güllələdikdən sonra, hadisə yerindən qaçmağa çalışsa da, polis tərəfindən saxlanılıb.

Tibb mərkəzinin sahibinin başqa bir qadınla nikahda olduğu bildirilir.

Xəstəxandan verilən məlumata əsasən, güllə yarası alan azərbaycanlı qadının vəziyyəti ağırdır.

Səidə Vahid

AzNews.az