Bədbəxt hadisə: 2 yaşlı uşaq TƏNDİRDƏ YANDI - FOTO

"Təndiri düz yerdə və köhnə tipli olduğu üçün görməyib, yıxılıb"

Türkiyənin Iğdır şəhərində bədbəxt hadisə baş verib.

AzNews.az xəbər verir ki, şəhərin Qaraquyu kəndində yaşayan Çakmaz ailəsinin kiçik qızı oyun zamanı anasının çörək bişirmək üçün yandırdığı təndirə düşüb.

Ana qızının qışqırığını eşidən kimi özünü çatdırıb və onu təndirdən çıxararaq soyuq suyun altına tutub.

Hadisə yerinə çağırılan təcili yardım vasitəsilə Iğdır dövlət xəstəxanasına aparılan 2 yaşlı Fatma oradan Ərzurum Təlim və Araşdırma xəstəxanasına göndərilib.

Müayinə zamanı Fatmanın sinə, bud və ayaq bölgələrində 2-ci və 3-cü dərəcəli yanıqlar olduğu müəyyən edilib.

Beş gündür Yanıq Mərkəzinin Reanimasiya şöbəsində müalicə alan uşağın ayaq barmaqlarını itirmək ehtimalı var.

İnşaatda fəhlə işləyən və hazırda işsiz olan ata maddi vəziyyətlərinin yaxşı olmadığını bildirib:

“Fatmanın anası çörək bişirmək üçün evdən xəmiri gətirməyə gedib. Uşaq da təndiri düz yerdə və köhnə tipli olduğu üçün görməyib, yıxılıb. İndi ayağında və budunda dərin yanıqlar var. Bura gətirəndə həkimlər əməliyyat etdi. Yavaş-yavaş sağalacaq, sadəcə bir az səbrli olmalıyıq.

Uşağın yaxşı qidalanmağını istədilər. İndi həkimlər barmaq uclarında hər hansı problem ola biləcəyini deyir. Dövlətimiz, həkimlərimiz həmişə yanımızdadır. Maddi vəziyyətimiz bir az pisdir. İnşaatlarda fəhləlik edirəm”.

Pərvanə

AzNews.az