Ginnesin hakimi Şeyma Subaşı Gemici açıqlayıb Ginnesin hakimi Şeyma Subaşı Gemici açıqlayıb

Türkiyə Ginnesin rekordunu qırdı: Bir saatda... - VİDEO

Ginnesin hakimi Şeyma Subaşı Gemici açıqlayıb

Türkiyədə 11 noyabr Milli Ağacəkmə günü kimi qeyd olunur.

AzNews.az xəbər verir ki, dünən Çorumda keçirilən tədbir çərçivəsində Türkiyə əkilən 303 min 150 şitillə Ginnesin Rekordlar Kitabına düşüb.

İndoneziyanın 232 min 647 ədəd şitillə "1 saat ərzində ən çox ağac əkmək" rekordunu qırmaq üçün 303 min 150 ədəd, vətəndaşlar üçün 96 min 111 ədəd olmaqla ümumilikdə 399 min 261 şitil əkilib.

Ginnesin hakimi Şeyma Subaşı Gemici 1 saat ərzində ən çox ağac əkmə rekordunun 303 min 150 şitillə Çorumda Kənd Təsərrüfatı və Meşə Nazirliyinə aid olduğunu açıqlayıb.

Pərvanə

AzNews.az