"İndi xarabalığa çevrilən kənddə nə edəcəyimizi bilmirik” "İndi xarabalığa çevrilən kənddə nə edəcəyimizi bilmirik”

Türkiyədə zəlzələ bir kəndi xəritədən sildi

"İndi xarabalığa çevrilən kənddə nə edəcəyimizi bilmirik”

Türkiyənin Elazığ şəhərində baş verən zəlzələ nəticəsində Sivrice rayonunun Çevrimtaş kəndinə böyük zərər dəyib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, kənddə yerləşən evlərin hamısı dağılıb.

Zəlzələ nəticəsində kənd sakinlərindən 2-i ölüb, 2-i isə yaralanıb.

“Sputnik”ə açıqlama verən kəndlilər hadisə zamanı yaşadıqlarını danışıblar:

“Nə baş verdiyini anlamadıq. Birdən ev üstümüzə çökdü. Dağıntılar arasında qalan 2 cəsədi çıxardıq. Yaralıları xəstəxanaya apardıq. İndi xarabalığa çevrilən kənddə nə edəcəyimizi bilmirik”.

Pərvanə