- Türkiyə
- 28 Mart 2020 09:44
- 4 913
Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırdı
Bu barədə öz "Twitter" səhifəsində şirkətin baş direktoru Bilal Ekşi yazıb
Türk Hava Yolları (THY) bütün beynəlxalq uçuşları dayandırdı.
AzNews.az-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində şirkətin baş direktoru Bilal Ekşi yazıb.
B.Ekşi bildirib: "Koronavirusla mübarizə çərçivəsində bütün beynəlxalq uçuşlarımız dayandırılıb. Şənbə günü 23:59-dan etibarən daxili reyslər İstanbul və Ankaradan bəzi mərkəzi şəhərlərə uçuşlarla məhdudlaşacaq".
Baş direktor əlavə edib ki, daxili reyslər İstanbul Hava Limanından və Ankara Esenboğa Hava limanından həyata keçiriləcək.