- Türkiyə
- 3 Aprel 2020 10:23
- 8 752
Türkiyədə zəlzələ olub

Ölən və xəsarət alanların olub-olmaması, həmçinin dağıntı barədə hələlik məlumat verilməyib
Türkiyənin Van şəhərinin Tusba rayonunda 4,7 bal gücündə zəlzələ olub.
AzNews.az “Report”a istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi açıqlayıb.
Məlumata görə, yeraltı təkanlar aprelin 3-də Bakı vaxtilə saat 09:44-də baş verib. Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.