Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib

Türkiyədə koronavirus can almaqda davam edir

Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib

Türkiyədə koronavirus qurbanlarının sayı 4 308-ə yüksəlib.

AzNews.az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, son sutka ərzində daha 1 186 nəfərdə koronavirus aşkarlanıb. Yoluxma hallarının ümumi sayı 155 686-ya çatıb. Son 24 saatda daha 32 pasiyent vəfat edib.

Bundan əlavə, ümumilikdə 117 602 pasiyent sağalıb.