"Bir yolla bunların qarşısını almaq lazımdır" "Bir yolla bunların qarşısını almaq lazımdır"

Sosial media haqda qanun hazırlanır

"Bir yolla bunların qarşısını almaq lazımdır"

Türkiyənin Nəqliyyat və Rabitə naziri Adil Karaismailoğlu, "Sosial medianı bağlamaq kimi bir fikir yoxdur. Mənfi məzmunlu paylaşımlara görə qanun hazırlanır və tezliklə qəbul ediləcək”.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Nəqliyyat və Rabitə naziri Adil Karaismailoğlu deyib.

Nazir sosial mediada təhqiramiz şərhlərin qarşısını almaq üçün ön plana çıxan “sosial medianın tənzimlənməsi” məsələsinə aydınlıq gətirib: “Mənfi bir məzmun var. Sən “sil” deyirsən, etmirlər. Nümayəndələr Türkiyədə deyil, sözünü deyə bilmirsən. Əxlaqa sığmayan şeylər paylaşılır. Adam oradan təhqir edir, heç nə edə bilmirsən. Bir yolla bunların qarşısını almaq lazımdır. Qanun hazırlanır. Qısa müddətdə Məclisdə qəbul ediləcək ”.

Qanunun 2 ildir gündəmdə olduğunu dilə gətirən Karaismailoğlu "Təəssüf ki, Türkiyədə sən nə desən əksini deyən bir kütlə var. Yoxsa hamı bu problemin həll olunmasını istəyir” sözlərini əlavə edib.

Səidə Vahid

AzNews.az