"Nə lazımdırsa bu günə qədər olduğu kimi bundan sonra da etməyə davam edəcəyik" "Nə lazımdırsa bu günə qədər olduğu kimi bundan sonra da etməyə davam edəcəyik"

Azərbaycanın Müdafiə nazirinin müavini Hulusi Akarla görüşüb

"Nə lazımdırsa bu günə qədər olduğu kimi bundan sonra da etməyə davam edəcəyik"

Azərbaycanın Müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov Türkiyəyə səfər edib.

AzNews.az "Milliyet"ə istinadən xəbər verir ki, Ramiz Tahirov Türkiyənin Müdafiə naziri Hulusi Akarla görüşüb.

Hulusi Akar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidenti İlham Əliyevlə, özünün isə Müdafiə naziri Zakir Həsənovla baş verənləri yaxından izlədiklərini deyib.

Türkiyəli nazir baş verənlərlə bağlı lazımı addımların atılacağını bildirib: "Orada yaşadığınız hər problemin burada çox dərin şəkildə hiss edildiyini hamınızın bilməyini istəyirəm".

Nazir Türkiyə və Azərbaycan arasındakı dostluğun, qardaşlığın, birlik və bərabərliyin çox vacib olduğunu vurğulayıb: "Edilən hücumlara qarşı bundan əvvəl necə azərbaycanlı qardaşlarımızla bərabər olduqsa, bundan sonra da olmağa davam edəcəyik. Biz Türkiyə Cümhuriyyəti dövləti, Türkiyə Sİlahlı Qüvvələri olaraq nə lazımdırsa bu günə qədər olduğu kimi bundan sonra da etməyə davam edəcəyik. Bundan heç kimin şübhəsi olmasın".

Pərvanə