- Türkiyə
- 18 Sentyabr 2020 12:15
- 5 413
Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı başlayıb

71 terrorçu zərərsizləşdirilib
Türkiyənin cənub-şərqindəki Bitlis vilayətində “İldırım 12” antiterror əməliyyatı başlayıb.
Məlumata görə, antiterror əməliyyatında jandarm və polis xüsusi qüvvələrindən 747 hərbçi iştirak edir.
Qeyd olunur ki, bu əməliyyat iyulun 13-dən başlamış “İldırım” əməliyyatlarının 12-ci mərhələsidir.
Bu günədək keçirilmiş 11 əməliyyat çərçivəsində 71 terrorçu zərərsizləşdirilib. Bundan başqa, 38 nəfər saxlanılıb, 140-dan çox silah-sursat anbarı məhv edilib. (Trend)
AzNews.az