- Türkiyə
 - 22 Sentyabr 2020 23:07
 - 4 275
 
Türkiyədə koronavirusla bağlı son statistika
            Ölkədə COVID-19-dan ölənlərin sayı 7 639-a, yoluxanların sayı isə 306 302-yə yüksəlib
Türkiyədə son sutka ərzində koronavirusdan 65 nəfər dünyasını dəyişib, 1 692 nəfər isə virusa yoluxub.
AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 639-a, yoluxanların sayı isə 306 302-yə yüksəlib.
Son 24 saat ərzində 1261 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 269 696-ya çatıb.