Türkiyədə koronavirusla bağlı son vəziyyət - qardaş ölkədən həyacanlandıran xəbər

Yyoluxanların sayı 311 455-ə yüksəlib

Türkiyədə son sutka ərzində koronavirusdan 73 (dünən 74) nəfər dünyasını dəyişib, 1665 (dünən 1 721) nəfər isə virusa yoluxub.

AzNews.az xəbər verir ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 7 858-ə, yoluxanların sayı isə 311 455-ə yüksəlib.

Son 24 saat ərzində 1318 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb. Ümumilikdə sağalan xəstə sayı 273 282-yə çatıb.