Pakistan prinsipial olaraq hər hansı ölkəyə qarşı birtərəfli məcburetmə tədbirlərinin həyata keçirilməsinin əleyhinədir Pakistan prinsipial olaraq hər hansı ölkəyə qarşı birtərəfli məcburetmə tədbirlərinin həyata keçirilməsinin əleyhinədir

Pakistandan Türkiyəyə dəstək

Pakistan prinsipial olaraq hər hansı ölkəyə qarşı birtərəfli məcburetmə tədbirlərinin həyata keçirilməsinin əleyhinədir

“Pakistan ABŞ-ın Türkiyəyə qarşı birtərəfli sanksiyalar tətbiq etməsindən dərin narahatlıq keçirir”.

AzNews.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir. Bildirilir ki, Pakistan prinsipial olaraq hər hansı ölkəyə qarşı birtərəfli məcburetmə tədbirlərinin həyata keçirilməsinin əleyhinədir.

Açıqlamada Pakistanın Türkiyənin regional və beynəlxalq sülh, sabitlik mövzusunda əvəzedilməz rolunu təqdir etdiyi bildirilib, İslamabad rejiminin türk xalqı və hökumətinə milli təhlükəsizlik, sülh və firavanlıq axtarışında güclü dəstəyi ifadə olunub, hər zaman bu yolda türk xalqının və hökumətinin yanında olmağa davam edəcəyi qeyd edilib.