Çin vaksinləri Türkiyəyə gətirildi

Peyvənd konteynerləri Pekindən gələr-gəlməz anbarlara yerləşdirilməyə başlayıb

Türkiyənin Çindən aldığı koronavirus peyvəndi Ankaraya çatdırılıb.

AzNews.az xəbər verir ki, Çin istehsalı olan “Sinovac” peyvəndlərini daşıyan Türk Hava Yollarına məxsus “TK 6175” uçuş nömrəli “Boeing 777” tipli təyyarə 05:44 radələrində Esenboğa Hava Limanına eniş edib.

Peyvənd konteynerləri Pekindən gələr-gəlməz anbarlara yerləşdirilməyə başlayıb.

Xatırladaq ki, Prezident Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl açıqlamışdı ki, Çinlə bağladıqları müqaviləyə əsasən, Türkiyəyə 50 milyon vaksin gətiriləcək. Dövlət başçısı ilkin mərhələdə 4, 5 milyon doza peyvəndin çatdırılacağını bildirmişdi.