Türkiyə XİN erməni terrorçunun azad edilməsinə yol açan qərarın qəbul edilməsini qınayıb

"Türk millətinin vicdanını dərindən yaralayan bu yanaşmanı şiddətlə qınayırıq".

Türkiyə Xarici İşlər Nazirliyi Los-Anceles dairəsinin Ali Məhkəməsində erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan qərarın qəbul edilməsini şiddətlə qınayıb.

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Los-Anceles dairəsinin Ali Məhkəməsi şəhid Baş konsulumuz Kemal Arıkanı qətlə yetirən erməni terrorçu Hampiq Sasunyanın azad edilməsinə yol açan bir qərar qəbul edib, Kaliforniyanın qubernatoru Qüvin Nyusom bu qərara görə isə apellyasiya şikayəti verməyəcəyini bəyan edib. Türk millətinin vicdanını dərindən yaralayan bu yanaşmanı şiddətlə qınayırıq".

AzNews.az