Türkiyə bu il turist axınının 70 %-dək artacağını gözləyir

"Hökümət turizm sektoru işçilərini peyvəndləmək istəyimizi prioritet bir sahə kimi qiymətləndirdi"

"Mövsümün əvvəlinə qədər Türkiyənin turizm sənayesi xaricdən qonaq qəbul etməyə tam hazır olacaq, turist axınını isə 60-70 % artacağı gözlənilir".

TASS xəbər verir ki, bu barədə Türkiyə Turoperatorlar Birliyinin (TURSAB) rəhbəri Firuz Bağlıkayanın açıqlamasında deyilir:

"Bir çox digər ölkələrdə olduğu kimi, ölkəmizdə də peyvənd sahəsində araşdırmalara başlayıb. Dünyada 400 milyondan çox insan aşılanıb, Türkiyədə isə aşılananların ümumi sayı 13 milyonu keçib. Aprel ayında ölkəyə daha 100 milyon doza peyvənd gətiriləcək.

Hökümət turizm sektoru işçilərini peyvəndləmək istəyimizi prioritet bir sahə kimi qiymətləndirdi. Beləliklə, mövsümün əvvəlinə qədər turizm sənayesi qonaqları qəbul etmək üçün hər cəhətdən hazır olacaq”, - deyə F.Bağlıkaya bildirib.

Bu il Türkiyəyə xarici turist axınının "keçən ilə nisbətən 60-70 % artacağına" inandığını bildirən Bağlıkaya: “Bu il ölkəmizə 20 milyondan çox xarici qonağın gəlməsini gözləyirik”.

TURSAB "aşılamanın inkişafını" bir sıra ölkələrdə böyük bir inkişaf olaraq qiymətləndirib. Bundan başqa, türk turoperatorları "aprel ayının ortalarından etibarən ilk turist qruplarının Rusiya və Ukrayna kimi əhəmiyyətli bazarlardan gəlməyə başlayacağını" gözləyirlər. Fevral ayının əvvəlində mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Türkiyədə turizm mövsümünün aprel ayında daxili turizmlə başlayacağını və daha sonra ilk növbədə Rusiya və İngiltərə olmaqla qonaqların ölkəyə gəlməyə başlayacağını söylədi.

Mart ayının ortalarında Prezident Tayyip Ərdoğan, bütün lazımi təhlükəsizlik tədbirlərini nəzərə alaraq Türkiyənin Rusiyadan turist qəbul etməyə hazır olduğunu bildirib.

AzNews.az