Türkiyə XİN başçısı “Twitter”də paylaşım edib Türkiyə XİN başçısı “Twitter”də paylaşım edib

Çavuşoğlu Volkan Bozkırla görüşüb

Türkiyə XİN başçısı “Twitter”də paylaşım edib

Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu BMT Baş Assambleyasının Prezidenti, 75-ci Sessiyanın Sədri Volkan Bozkırla görüşüb.

Bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

“Volkan Bozkırın rəhbərliyi altında BMT Baş Assambleyasının fəaliyyəti pandemiyaya baxmayaraq, fasiləsiz davam edir”, - deyə Mövlud Çavuşoğlu vurğulayıb.

XİN başçısı qeyd edib ki, Türkiyənin BMT-dəki lider rolu davam edəcək.

“İstanbulu BMT-nin mərkəzi edəcəyik”, - deyə M. Çavuşoğlu qeyd edib.

Görüş V. Bozkırın Türkiyəyə səfəri çərçivəsində baş tutub.