"Əhəmiyyət verməyin" "Əhəmiyyət verməyin"

Ərdoğan Sedat Pekerlə bağlı təlimat verdi

"Əhəmiyyət verməyin"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mafiya lideri Sedat Pekerlə bağlı Ədalət və İnkişaf Partiyasının (AKP) rəhbərliyinə təlimat verib.

AzNews.az xəbər verir ki, bu barədə “Hüriyyet”in köşə yazarı, jurnalist Abdulkadir Selvi məlumat verib.

“Prezident Ərdoğanın son günlərdə gündəmdə olan videolarla bağlı “Ciddiyə almayın, əhəmiyyət verməyin” dediyini eşidəndə təəccübləndim. Sonra 15 iyulda baş verən çevrilişə cəhd də daxil olmaqla indiyə qədər bir çox beynəlxalq əməliyyatın öhdəsindən gələn Ərdoğanın videolar barədə “Ciddiyə almayın” deməsinə təəccüblənmədim.

Çevrilişləri, bəyanatları, partiyanın bağlanması barədə tələbləri, Gəzi Parkı hadisələrini, 17-25 dekabrda baş tutan əməliyyatları geri püskürdən Ərdoğan üçün videoların nə əhəmiyyəti olacaq ki?” - deyə A. Selvi köşə yazısında bildirib.