“Azərbaycana hər cür dəstəyi davam etdirəcəyik” - Türkiyə Prezidenti

R.T.Ərdoğan Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Xocavənd rayonlarının da sürətlə bərpa ediləcəyini bildirib

“Şuşanın azadlığa qovuşması Azərbaycan torpaqları üçün sadəcə torpağını geri əldə etmək demək deyil. Bu gözəl şəhəri işğaldan qurtarmaqla bütün Qarabağ və Azərbaycan torpaqları ən qısa zamanda bərpa edilərək, əsil kimliyinə qovuşacağına inanıram. Türkiyə olaraq biz hər cür dəstəyi davam etdirəcəyik”.

Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin növbəti iclasından sonrakı açıqlamasında iyunun 15-16-da Azərbayacana səfəri haqqında danışarkən deyib.

R.T.Ərdoğan bildirib ki, Qarabağın Füzuli, Cəbrayıl, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Zəngilan, Xocavənd rayonları da eyni şəkildə sürətlə bərpa ediləcək.

Ərdoğan əlavə edib ki, Qarabağ zəfərinin Azərbaycan və bölgə üçün nə anlama gəldiyini önümüzdəki illərdə daha yaxşı şəkildə anlaşılacaq.

İyununun 16-da Azərbaycan Parlamentində çıxış etdiyini xatırladan Ərdoğan deyib ki, bu bölgə dünyanın öz siyasi və ekonomik iddialarının istifadə vasitəsi halına gətirənlərin qırıldığı yer olacaq.