- Türkiyə
- 29 İyul 2021 22:24
- 5 639
Bodrumda 3 min nəfər təxliyə EDİLİB
 
            Bu gün Türkiyənin 8 vilayətində 50-dən çox yerdə yanğın baş verib
Muğlanın Bodrum rayonunda baş verən meşə yanğını otellər üçün təhlükə yaratdığına görə 3 min nəfər təxliyə olunub.
Aznews.az xəbər verir ki, dəniz yolu ilə təxliyə edilən şəxslər Güvercinlik məhəlləsinə gətrirlib, Bodrum Bələdiyyəsinin əməkdaşları onları başqa otellərə yerləşdiriblər.
Qeyd edək ki, bu gün Türkiyənin 8 vilayətində 50-dən çox yerdə yanğın baş verib.
Böyükmiqyaslı yanğn fəlakətilə əlaqədar araşdırma başlanıb.
 
                 
                             
                             
                             
                             
                             
                            