Narkotik istifadəçisi oğlundan şiddət görən ana fəryad etdi - VİDEO

“Çox qorxuram. Həyatımız təhlükədədir, artıq bezmişik”

Türkiyənin Adana vilayətində yaşayan 26 yaşlı narkotik istifadəçisinin ana və nənəsinə şiddət göstərdiyi məlum olub.

AzNews.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, 13 yaşından narkotik aludəçisi olan oğul ilə anası arasında bir müddət sonra münaqişələr başlayıb.

Narkotik almaq üçün anası və 80 yaşlı nənəsindən mütəmadi olaraq pul istəyən, onları döyən M.T-yə 3 il həbs cəzası verilib.

Ananın sözlərinə görə, oğlu həbsxanadan çıxanda sonra da ailəsini təhdid etməyə başlayıb.

Oğlu tərəfindən zorakılığa məruz qalan ana Arzu Toprak bu bəladan qurtula bilmədiklərini deyərək dövlətdən kömək istəyib.

"Oğlum belə vəziyyətdə olduğu üçün çox çarəsizəm. Çox qorxuram. Həyatımız təhlükədədir, artıq bezmişik. Bizi öldürəcəyindən qorxuruq.

Bu bəladan qurtula bilmirik. Dövlətimizdən yardım istəyirik”, - deyə A. Toprak bildirib.

Şəbnəm Zahir

image description