- Türkiyə
- 7 Avqust 2022 15:17
- 5 349
Türkiyə ordusu 13 terrorçunu zərərsizləşdirib
![](https://www.aznews.az/storage/2022/08/07/ef5d615b-4422-4309-91eb-43c2a955c52a.jpg)
Türkiyə MN məlumat yayıb
Türkiyə Silahlı Qüvvələri “Zeytun Budağı” və “Barış Pınarı” bölgələrində 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, PKK/YPG terrorçuları antiterror əməliyyatları zonalarının atəşə tutulması və Türkiyə Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərə sızma cəhdi zamanı məhv edilib.