Süleyman Soylu: "Dezinformasiya bu məqamda edilə biləcək ən böyük xəyanətdir"

"Bir çox yerlərdən xəbərlər var. Axtarış-xilasetmə qrupları bölgəyə göndərilib. Bizim ilk işimiz axtarış-xilasetmə ilə məşğul olmaqdır. Komandalar hazır vəziyyətdədir, 4-cü səviyyə xəbərdarlığı verilib. Buraya beynəlxalq yardım daxildir".

AzNews.az xəbər verir ki, bunu Türkiyə daxili işlər naziri Süleyman Soylu zəlzələ ilə bağlı açıqlamasında deyib.

"Bəzi yerlərdə ciddi tıxaclar var. Təcili yardım axtarış-xilasetmə qruplarına yol açmağımız üçün vətəndaşların nəqliyyat vasitələrini olduqları yerlərdə hərəkət etdirməmələri vacibdir.

Mümkün qədər mobil telefonlarını Türkiyədəki zəlzələ bölgələrindən kənarda istifadə etməməlidirlər.

Sosial mediada dezinformasiya bu məqamda edilə biləcək ən böyük xəyanətdir.

Təəssüf ki, həyatını itirən vətəndaşlarımız var. Rabitə Nazirliyi buradan gün boyu vətəndaşlarımızı məlumatlandıracaq. Yanlış mesajlar verməkdənsə, ilk işimiz axtarış-xilasetmədir.

Ən böyüyü 6,6 bal olmaqla 22 afterşok olub”, - deyə o bildirib.

Pərvanə