- Türkiyə
- 9 Fevral 2023 19:46
- 5 600
Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb, 66 132 nəfər yaralanıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 16 546 nəfərə çatıb.
Aznews.az xəbər verir ki, bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 66 132 nəfərdir.
Dağılan bina sayı isə 6 444-dür.
***
17:49
Türkiyədə zəlzələdə ölənlərin sayı 16 170 nəfərə çatıb.
Bu barədə zəlzələ bölgəsində səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 64 194 nəfərdir.
Dağılan bina sayı isə 6 444-dür.
***
15:26
Türkiyədə zəlzələdə ölənlərin sayı 14 351 nəfərə çatıb.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.
O qeyd edib ki, zəlzələ bölgəsinə zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə ümumilikdə 113 318 nəfər şəxsi heyət və könüllü cəlb olunub.
***
14:24
Türkiyədə zəlzələdə ölənlərin sayı 14 014 nəfərə çatıb.
Bu barədə Qaziantepdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, zəlzələdə yaralananların sayı 63 794 nəfərdir.
Dağılan bina sayı isə 6444-dür.