Prezident Ərdoğan Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Antalyada Türkmənistanın Ümummilli Lideri və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Görüş Antalyada keçirilən 3-cü Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.

Rabitə Müdirliyindən verilən açıqlamaya görə, görüşdə Türkiyə ilə Türkmənistan arasında ikitərəfli əlaqələr, regional və qlobal problemlər, İsrailin günahsız mülki şəxslərə qarşı sistemli hücumları müzakirə edilib.

Prezident Ərdoğan Türkmənistanla hər iki ölkəyə hər sahədə fayda gətirəcək qarşılıqlı addımların getdikcə daha çox davam etdirilməsi və iki ölkə arasında ticarət həcminin 5 milyard dollar səviyyəsinə çatması üçün səylərin artırılması lazım olduğunu bildirib.

Mövsüm

Aznews.az