Cümhuriyyət Xalq Partiyası İzmir şəhərinin bələdiyyə seçkilərində 47.91% səs çoxluğu ilə liderlik edir

İlkin hesablamalara görə, keçirilən seçkilərində Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Cemil Tugay İzmir Böyükşəhər bələdiyyəsi üzrə 47.91% səs ilə liderlik edir.

Aznews.az TurkicWorld-a istinadən xəbər verir ki, bu haqda Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK) bildirib. ​​

Onu, 37.12% səslə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Hamza Dağ izləyir.

Xəbərdə deyilir ki, hazırda səslərin 26.18%-i sayılıb.

Qeyd edək ki, 61 milyon 441 mindən çox seçici səs verdiyi seçkilərdə 34 siyasi partiyanın namizədləri ilə yanaşı, müstəqil namizədlər də mübarizə aparır. Ölkə üzrə 206 mindən çox seçki qutusu qurulub.

Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da yerli özünüidarəetmə orqanları seçkilərinə səsvermə başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-dək davam edib.