Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib

Türkiyə Tacikistan vətəndaşları üçün vizasız rejimi ləğv edib.

Bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın sərəncamında deyilir.

“Resmi Gazete” rəsmi hökumət qəzetində dərc olunan sənəddə deyilir : “Adi xarici pasporta malik Tacikistan vətəndaşları üçün Türkiyəyə səfər edərkən vizasız rejimin ləğvi qərara alınıb”.

Qərar sənədin dərcindən dərhal sonra qüvvəyə minib. “Əcnəbilər və beynəlxalq müdafiə haqqında” qanun əsasında qəbul edilib.

Mövsüm

Aznews.az