Ərdoğan: Makron və Putinlə yaxşı söhbətimiz oldu

Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Ukrayna münaqişəsi ilə bağlı danışıqlar substantiv olub.

Türkiyə lideri bu barədə Nazirlər Kabinetinin iclasında bildirib.

“Fransa prezidenti [Emmanuel] Makronla və Rusiya prezidenti Putinlə yaxşı söhbətlərimiz oldu”, - deyə TRT Haber telekanalı onun sözlərindən sitat gətirir.

Onun sözlərinə görə, Türkiyə tərəfi də ABŞ prezidenti Donald Trampın münaqişələrin diplomatik yollarla həlli istiqamətində səylərini dəstəkləyir . Ərdoğan vurğulayıb ki, Ankara Moskva , Kiyev, Vaşinqton və Avropa arasında danışıqlara töhfə verməyə hazırdır.

Mövsüm

Aznews.az