Ərdoğan NATO-nu Ukraynadakı münaqişənin hissəsi olmamağa çağırıb

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada NATO-nun baş katibi Mark Rutte ilə danışıqlarda ölkənin Ukraynadakı münaqişəyə son qoymaq üçün səylərini artırdığını bildirib və alyansı onun bir hissəsi olmamağa çağırıb.

Bu barədə Türkiyə Cümhuriyyətinin Kommunikasiyalar İdarəsi məlumat yayıb.

Bildirilir ki, görüş zamanı Türkiyə ilə NATO arasında münasibətlər, Ukrayna münaqişəsi ətrafında vəziyyətin inkişafı, eləcə də bir sıra regional və qlobal məsələlər müzakirə olunub. Ərdoğanın sözlərinə görə, Türkiyə NATO-ya böyük əhəmiyyət verir və bunun təsdiqi olaraq Ankara yenidən alyansın Kosovodakı qüvvələrinin komandanlığını öz üzərinə götürəcək.

Türkiyə lideri həmçinin qeyd edib ki, ölkə Ukrayna və Rusiya arasında münaqişənin “daimi və ədalətli sülh” bərqərar etməklə həlli istiqamətində səylərini artırıb.

Mövsüm

Aznews.az