- Türkiyə
- 14:29
- 950
Türkiyədə İstanbul meriyasının korrupsiya işi ilə bağlı daha 22 şübhəli həbs edilib

Türkiyə polisi İstanbul meriyasında korrupsiya ilə bağlı aparılan cinayət işi çərçivəsində daha 22 şübhəlini həbs edib. Onların arasında yüksək rütbəli məmurlar da var.
Bu barədə TRT Haber məlumat yayıb.
“İstintaq çərçivəsində Beylikdüzü bələdiyyə başqanı olduğu vaxtdan [saxlanılan İstanbul bələdiyyə başqanı] Əkrəm İmamoğlu ilə əlaqədə olan [Türkiyənin İranın Təbriz şəhərindəki baş konsulu Taner Çətinin fəaliyyəti ilə bağlı araşdırma aparılıb”, - nəşr yazır.
İstintaqın “Cinayət təşkilatına rəhbərlik etmə”, “Cinayət təşkilatına üzv olmaq”, “Rüşvət alma”, “Ağır dələduzluq”, “Tender saxtakarlığı” kimi maddələrlə davam etdiyi bildirilir.
Mövsüm
Aznews.az