Ərdoğan Qara dənizdə gəmilərə edilən dron hücumları ilə bağlı xəbərdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə Misirdən Rusiyaya doğru hərəkət edən “KAIROS” və “VIRAT” adlı gəmilərə dron hücumları ilə bağlı xəbərdarlıq edib.

Ərdoğan Rusiya–Ukrayna müharibəsinin bölgə üçün ciddi təhdidə çevrildiyini bildirərək, hər iki gəmiyə qarşı hücumla bağlı prosesləri yaxından izlədiklərini vurğulayıb:

“Rusiya–Ukrayna müharibəsi artıq Qara dənizdəki təhlükəsizliyi təhdid edən bir vəziyyətə gəlib çıxıb.
Cümə günü Xüsusi İqtisadi Bölgəmizdə ticarət gəmilərinin hədəf alınması, narahatedici gərginliyin pik həddə çatmasının göstəricisidir.
Xüsusilə də öz Xüsusi İqtisadi Bölgəmizdə naviqasiya, insan həyatı və ətraf mühit təhlükəsizliyini təhdid edən bu hücumları heç bir şəkildə məqbul qəbul edə bilmərik.
Bütün tərəflərə zəruri xəbərdarlıqları edirik. Müharibənin bitməsi istiqamətində son həftələrdə baş verən prosesləri diqqətlə izləyir, lazım olan töhfəni verməyə hazır olduğumuzu hər fürsətdə vurğulayırıq”, – deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin “Sea Baby” tipli dəniz dronları Qara dənizdə Rusiya Federasiyasının “kölgə donanması”na məxsus “KAIRO” və “VIRAT” adlı sanksiya altındakı iki neft tankerini vurub.

Aznews.az