- Türkiyə
- 14:54
- 742
AFAD rəhbəri: Azərbaycan və Türkiyənin təbii fəlakətlər zamanı birgə əməkdaşlıqları var
Azərbaycanla Türkiyə arasında təbii fəlakətlər zamanı risklərin azaldılması, təbii fəlakətlər səbəbindən olan dağıntıların aradan qaldırılması istiqamətində birgə əməkdaşlıqlar var və bu istiqamətdə fəaliyyətlər davam edəcək.
Aznews.az xəbər verir ki, bunu Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Ali Hamza Pehlevan bildirib.
O, ötən həftə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyətinin AFAD-da olmasına da diqqət çəkib.
"İki qurum arasında qarşılıqlı səfərlər, təcrübə mübadiləsi aparılır, birgə təlimlər keçirilir", - deyə qeyd edib.
Aznews.az