- Türkiyə
- 15:48
- 668
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib
Türkiyənin Antalya vilayətində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) rəsmi saytında məlumat verilib .
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri 758 min əhalisi olan Antalyadan təxminən 15 km şimal-şərqdə olub. Seysmik ocaq 95 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Mövsüm,
AzNews.az