- Türkiyə
- 11 Dekabr 17:43
- 3 249
Hakan Fidan Türkiyənin Qəzza zolağına qoşun yeritməyə hazır olduğunu açıqlayıb
Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına bildirib ki, Türkiyə lazım gələrsə Qəzza zolağına qoşun göndərməyə hazırdır.
"Türkiyə Fələstin məsələsinin sülh yolu ilə həlli üçün hər cür səy göstərməyə və məsuliyyəti öz üzərinə götürməyə hazırdır", - deyə nazir bildirib .
Fidan bu məsələlərlə bağlı danışıqların davam etdiyini də qeyd edib və Türkiyənin “lazım gələrsə bölgədə sülhün əldə olunması üçün qoşun göndərməyə” hazır olduğunu vurğulayıb.
Mövsüm,
AzNews.az