Ərdoğan Putinə Türkiyənin Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bildirib

Türkiyə Ukrayna ilə bağlı istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazırdır.

Bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə bildirib .

Türkiyə Prezidentinin Ofisindən verilən məlumata görə, "Türkiyə Prezidenti qeyd edib ki, Ankara müharibəyə son qoymaq üçün danışıqlar prosesini yaxından izləyir və bu kontekstdə Türkiyə istənilən formatda danışıqlara ev sahibliyi etməyə hazırdır".

Bildirilir ki, Aşqabadda keçirilən görüşdə tərəflər Ukraynada hərtərəfli sülh səylərini müzakirə ediblər və Ankara bunu tam dəstəkləyib. Xüsusilə, Ərdoğan Ukraynadakı enerji obyektlərinə və limanlarına hücumlara mümkün moratorium ideyasını dəstəkləyib. İki lider həmçinin Avropa Birliyinin (AB) Rusiya fondlarını dondurmaq cəhdini ətraflı müzakirə ediblər.

Mövsüm,

AzNews.az