- Köhnə - Video
- 16 May 2017 13:26
- 13 240
Özünü binadan atan qadın barədə təfərrüat - Video
Dünən Bakının mərkəzində baş vermiş intihar hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Lent.az xəbər verir ki, özünü Qoqol küçəsindəki binadan ataraq intihar edən 31 yaşlı Susanna Şərifova evli, 2 uşaq anası olub. Lakin onun həyat yoldaşı ilə rəsmi nikahı olmayıb.
Bildirilir ki, 31 yaşlı qadınla əri arasında münasibətlər pozulubmuş, tez-tez onların arasında münaqişələr baş verirmiş. Dünən ailədə növbəti dəfə münaqişə yaranıb və gənc qadın azyaşlı uşaqları və həyat yoldaşı evdə olarkən özünü pəncərədən atıb. Onun başı betona dəydiyindən ağır xəsarət alıb və xəstəxanaya aparılarkən vəfat edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
AzNews.az